...

COP29-un əsas prioriteti iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinə çatmaqdır - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 11 Noyabr 2024 12:58 (UTC +04:00)
COP29-un əsas prioriteti iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinə çatmaqdır - Muxtar Babayev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP29 sədrliyinin əsas prioriteti iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin əldə edilməsi olacaq.

Trend xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev Bakıda konfransın rəsmi açılış mərasimində deyib.

"Bizim planımız iki əsas istiqamətə əsaslanır: ambisiyaların artırılması və fəaliyyətlərin təmin edilməsi. Bu, aydın iqlim planlarının hazırlanmasını və lazım olan maliyyələşdirilmənin cəlb edilməsini nəzərdə tutur. Bu iki istiqamət bir-birini qarşılıqlı olaraq gücləndirir.

Belə ki, iqlim maliyyələşdirilməsini cəlb edərək, ambisiyaların artırılması üçün şərait yaradırıq. Yüksək ambisiyalardan bəhs edərkən isə etimadı gücləndirir və yeni, daha geniş öhdəliklərə yol açırıq. Hörmətli həmkarlar, fəaliyyətləri təmin etmək üçün COP29 sədrliyinin əsas prioriteti ədalətli və ambisiyalı yeni kollektiv kəmiyyət hədəfinin əldə edilməsi olacaq.

Bu məqsəd fəaliyyətə yönəlik olmalı və çağırışın miqyasına və təcililiyinə uyğun olmalıdır. O, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə almalıdır", - M.Babaev bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti