...

Azercell SimKredit xidmətinə yeniliklər edib

Telekommunikasiya Materials 14 Yanvar 2008 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend / Azərbaycanın mobil rabitə operatoru, 2,8 mln. abunəçisi olan BM Azercell Telecom, danışıq konturlarının kreditə verilməsini təmin edən SimKredit xidmətinə yeniliklər əlavə edib. Şirkətin veb-saytında verilən məlumata görə, abunəçi 9250 nömrəsinə "kredit" sözünü SMS-lə göndərərək, öz balansına 250 kontur əlavə edəcək.

9250 nömrəsinə göndərilən SMS-sorğu pulsuzdur. Kreditdən istifadə qiyməti 50 konturdur.

Kreditə götürülən kontur (250 kontur) və kreditdən istifadə qiyməti (50 kontur) abunəçinin balansından növbəti kontur yüklənəndən sonra çıxılacaq və istifadəçi SMS - bildiriş alacaq.

Əvvəl SMS-sorğunun köməyi ilə cəmi 150-200 kontur almaq mümkün idi.

Xidmətdən xətti açıq olan, balansına 6 AZN-dən artıq kontur yükləyən SimSim, GəncSim və Bizdən Bizə istifadəçiləri istifadə edə bilərlər.

Xidmətdən gün ərzində bir dəfə istifadə etmək olar. Balansın kredit konturları nəticəsində artması SimSim kartının etibarlılıq müddətini artırmır.

Xəbər lenti

Xəbər lenti