...

Azercell GPRS/MMS üzrə yeni rouminq sazişləri bağlayıb

Telekommunikasiya Materials 11 Dekabr 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom MMC üç ölkə ilə yeni GPRS/MMS rouminq xidmətlərini abonentlərinin  istifadəsinə təqdim edib.

Şirkətin məlumatında bildirilir ki, Estoniyanın EMT, Lüksemburqun Tanqo (Tele2) və Lixtneşteynin Tele2 operatorları Azercell-in tərəfdaşları olublar.

Bu, Azercell-in Estoniya və Lüksemburq ilə ikinci, Lixtenşteyn ilə birinci rouminq müqaviləsidir. "Azercell" abonentləri hazırda Estoniyanın  "Tele 2", Lüksemburqun isə  "P&T" operatorlarının xidmətindən yararlanırlar.

Azercell Teleсom 68 ölkənin mobil rabitə operatorları ilə 160 GPRS/MMS rouminq sazişi bağlayıb.

Azərbaycanın ən iri GSM operatoru olan Azercell Telecom 3,5 mln. abonentə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti