...

Azərbaycan Gürcüstan və Ermənistanı internet istifadəçiləri sayına görə qabaqlayır - Internet World Stats

Telekommunikasiya Materials 6 Mart 2009 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir S.Babayeva /

İnternetdən istifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - Usage and population statistics) hesabatına əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 1,5 mln. nəfər təşkil edir. Beləliklə, internet istifadəçilərinin sayına görə Azərbaycan çox böyük fərqlə Gürcüstan və Ermənistanı qabaqlayır.

Təşkilatın ötən ilki hesabatında isə Azərbaycanda internet istifadəçilərinin sayı bir milyondan bir az çox qeyd olunub.

Hesabata əsasən, Asiya ölkələri dünya internet istifadəçilərinin 41,3 faizini təşkil edir.

Qeyd olunan cədvəldə qitənin bəzi ölkələri üzrə göstəricilər əks olunub:

ASİYA

Əhali
(2008
-ci il təqribi)

İnternet istifadəçiləri
(2000-ci il)

İnternet istifadəçiləri (son məlumatlar)

İstifadəçilər, əhaliyə nisbətdə faizlə

Asiyada istifadəçilərin faizi

İstifadəçilərin artması (2000-2008- ci illərdə faizlə)

Azərbaycan

8,177,717

12,000

1,500,000

18,3

0,2

12400,0

Ermənistan

2,968,586

30,000

172,800

5,8

0,0

476,0

Çin

1,330,044,605

22,500,000

298,000,000

22,4

45,8

1,224,4

Gürcüstan

4,630,841

20,000

360,000

7,8

0,1

1700,0

Qazaxstan

15,340,533

70,000

1,900,600

12,4

0,3

2,615,1

Qırğızıstan

5,356,869

51,600

750,000

14

0,1

1,353,5

Monqolustan

2,996,081

30,000

320,000

10,7

0,0

966,7

Tacikistan

7,211,884

2,000

484,200

6,7

0,1

24,110,0

Türkmənistan

4,829,332

2,000

70,000

1,4

0,0

3,400,0

Özbəkistan

27,345,026

7,500

2,400,000

8,8

0,4

31,900,0

Cəmi Asiya üzrə 

3,780,819,792

114,304,000

650,361,843

17,2

100,0

469,0

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti