...

Azərbaycanda turizm sahəsində geoinformasiya sisteminin tətbiq edilməsi üzrə iş başlayıb

Telekommunikasiya Materials 16 İyul 2009 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir H.Vəliyev /

"Sinam" Azərbaycan şirkəti Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə turizm sahəsində geoinformasiya sisteminin (GİS) yaradılması üzrə iş aparır. Bu barədə Trend -a "Sinam" şirkətinin biznesin inkişafı üzrə direktoru İslam Əhmədov məlumat verib.   

Onun sözlərinə görə, geoinformasiya layihəsi istifadəçilərə axtarış aləti və respublikanın elektron xəritəsində turist obyektlərinə baxmaq, respublika ərazisində turist obyektləri haqqında informasiya almaq və s. imkanı verəcək. Sistem İnternet bazasında işləyəcək. Bununla əlaqədar sistemin yerləşdiriləcəyi İnternet-portalın yaradılması nəzərdən keçirilir. Tamqiymətli vizualizasiya üstünlüklü məlumatlar bazası ilə iş vaxtı əməliyyatları birləşdirəcək virtual baza yaradılacaq.

Əsas tapşırıq informasiya sisteminə şərait yaradacaq imkanların bütün həcmindən daimi istifadəni təmin etməkdir. Bu gün turizm tanış edilmiş obyektlərlə sıx bağlıdır. Bu aspektdə Qlobal Mövqe Sisteminin (Global Position System - GPS) istifadəsi nəzərdən keçirilir. Əhmədov deyib ki, bütün turist obyektləri GPS sistemi ilə təchiz ediləcək ki, bu da onların yerləşmə koordinatlarının dəqiq müəyyənləşdirilməsinə imkan verəcək.  

Hazırda GİS sistemi fəaliyyətin bütün istiqamətlərində (təhsil, biznes, ekologiya, hərb, kənd təsrrüfatı, inşaat, faydalı qazıntı hasilatı və s. sahələrdə) geniş yayılıb.

Turizm sahəsində geoinformasiya texnologiyalarının tətbiq edilməsi ölkənin turist cəlbediciliyini gücləndirəcək. Layihənin tam reallaşdırılması 2012-ci ilin ortalarına planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti