...

Azərbaycanda hər yüz ailəyə 65,8 telefon düşür

Telekommunikasiya Materials 27 İyul 2009 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir Q.Vəliyev /

Azərbaycanda hər 100 ailəyə 65,8 telefon düşür, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xəbər verir. RİTN-nin məlumatına əsasən, bu göstərici "100 ailəyə 100 telefon" layihəsinin həyata keçirilməsi nəticəsində əldə edilib. İdarənin statistikasına əsasən, hazırda Bakıda hər 100 ailəyə 123,7 telefon düşür, regionlar üzrə isə bu göstərici 45,9 ədəd təşkil edir. 

"100 ailəyə 100 telefon" layihəsi 2008-ci ilin əvvəlində başlayıb. Layihənin əsas məqsədi Azərbaycanda telefonlaşdırmanın səviyyəsinin üç dəfə artırılmasıdır. Layihənin həyata keçirilməsinin başa çatması 2012-ci ilə nəzərdə tutulub.

Layihənin dəyəri 200 milyon manat təşkil edir ki, bu vəsait də 2012-ci ilin sonuna kimi ödəniləcək.

Layihənin həyata keçirilməsi həmçinin əhaliyə universal telekommunikasiya xidmətlərinin ( VoIP, IP-TV, internet xidmətləri və s.) göstərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti