...

Azərbaycanın mobil rabitə operatoru uşaqlar üçün "qaynar xətt" açıb

Telekommunikasiya Materials 18 Fevral 2010 15:52 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru - Azercell Telecom qeyri-hökumət təşkilatları alyansının iştirakı və Təhsil Nazirliyinin dəstəyi ilə mənfi hallarla qarşılaşan uşaq və yeniyetmələrə kömək üçün təşkil edilmiş "qaynar xətt" açıb.
Azərbaycanın mobil rabitə operatoru uşaqlar üçün "qaynar xətt" açıb

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru - Azercell Telecom qeyri-hökumət təşkilatları alyansının iştirakı və Təhsil Nazirliyinin dəstəyi ilə mənfi hallarla qarşılaşan uşaq və yeniyetmələrə kömək üçün təşkil edilmiş "qaynar xətt" açıb.

Psixoloq və texniki mütəxəssislər xətdə işə cəlb ediliblər. Onlar uşaqlara ailə problemləri, kobudluq, fırıldaqçılıq və digər mümkün təhlükələrin öhdəsindən gəlməyə kömək edəcəklər.

Qaynar xəttin 012-480-22-80, 050-680-22-80 və 051-880-11-80 nömrəli pulsuz telefonları vastəsilə iş günləri saat 10:00-dan 18:00-dək Azərbaycanın istənilən nöqtəsindən uşaqların və yeniyetmələrin zəngləri qəbul ediləcək. Onlara maraqlandıqları bütün məsələlər üzrə tövsiyələr veriləcək.

Layihə uşaqlara psixoloji yardımdan əlavə, müasir cəmiyyətdə təhlükələrin yayılması haqqında obyektiv informasiya mənbələrinə xidmət etməyə yönəlib.

Xəbər lenti

Xəbər lenti