...

Azərbaycanın Goranboy rayonunda telefonlaşmanın səviyyəsi 14 faizə çatıb

Telekommunikasiya Materials 31 İyul 2010 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir H.Vəliyev /

Goranboy rayonunda telefonlaşmanın səviyyəsi 14 faizə çatıb. Bu barədə Trendə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

İdarənin məlumatına görə, rayonun telekommunikasiya şəbəkəsi üzrə 83 yaşayış məntəqəsində 14 mindən artıq abonentə xidmət göstərən 30 elektron ATS fəaliyyət göstərir.

Bu gün rayon ATS-in ümumi montaj tutumu 14,3 minə çatır.

Goranboy rayonu üzrə hər yüz nəfərə 14 stasionar telefon nömrəsi və hər iki ailədən birinə bir xətt düşür.

Rayonda genişzolaqlı İnternet istifadəçilərini sayı 1,2 min abonent düşür. Operator genişzolaqlı İnternet portlarının genişləndirilməsi üçün yeddi yaşayış məntəqəsində əlavə marşrutizatorların quraşdırlması üçün işlər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti