...

Rusiyanın proqram təminatı istehsalçısı Azərbaycanın softver bazarına çıxmağı planlaşdırır

Telekommunikasiya Materials 11 Sentyabr 2010 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir H.Vəliyev/

Rusiyanın proqram təminatı istehsalçısı "Naumen" şirkəti Azərbaycanın softver (proqram təminatı) bazarına çıxmağı planlaşdırır. Bu barədə Trend-ə "Naumen"in kommersiya direktoru İqor Kiriçenko bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycanın bank, sənaye şirkətləri və rabitə operatorları ilə əməkdaşlıqda maraqlıdır və öz qərarlarının yaxşı perspektivlərini və yüksək tələbatını görür.

"Biz daima Azərbaycan şirkətlərindən qərarların hazırlanması ilə bağlı sorğular alırıq. Cari ilin yayından etibarən Azərbaycanın bir neçə sistem inteqratorları ilə birgə biznes haqqında danışıqlar aparılır", - Kiriçenko qeyd edib.

Bu gün şirkət Azərbaycan bazarına "Naumen Service Desk" və "Naumen Phone VoIP call-mərkəzi"ni çıxartmağı plnlaşdırır.

"Naumen Service Desk" dəstək xidmətlərinin proseslərinin avtomatlaşdırılması və İT xidmətlərinin idarə edilməsi üçün hazır qərardır. Məhsul İT xidmətlərinin effektivliyini artırmağa imkan verən birinci dərəcəli vəzifələrin həllinə və onun tələblərinin biznesə uyğunluğunu təmin etməyə yönəlib.

"Naumen Phone" proqram həlli korporativ "call-mərkəzi"nin və IP-АТS-in yaradılması, telefon xidməti proseslərinin avtomatlaşdırılması və biznes əlavələrinin inteqrasiyasına yönəlib.

"Naumen" şirkəti 2001-ci ildə təsis edilib. Şirkətin müştəriləri arasında rabitə operatorları, banklar, maliyyə qrupları, metallurgiya və ağır sənaye şirkətləri, ticari-sənaye holdinqləri, dövlət müəssisələri var. Şirkətin 150-dən çox əməkdaşı var. Onların 100-dən çoxu proqram hazırlayıcıları və texniki mütəxəssislərdir.

Xəbər lenti

Xəbər lenti