...

Azərbaycanın mobil rabitə operatoru "Facebook"a çıxıb

Telekommunikasiya Materials 24 Sentyabr 2010 16:55 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC "Facebook" sosial şəbəkəsində fan-səhifə açıb. Bu barədə Trend-ə cümə günü "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.
Azərbaycanın mobil rabitə operatoru "Facebook"a çıxıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC "Facebook" sosial şəbəkəsində fan-səhifə açıb. Bu barədə Trend-ə cümə günü "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib.

Fərzəliyevin sözlərinə görə, "Azerfon-Vodafone" şəbəkəsinin abonentlərinin əksəriyyəti internet xidmətlərindən istifadə edirlər, bu, şirkəti müxtəlif sosial şəbəkələrdə üçüncü nəsil rabitə standartlarına əsaslanan məhsul və xidmətlərin təbliğinə sövq edir.

"Azərbaycanda internet istifadəçilərinin, o cümlədən mobil internet istifadəçilərinin sayı ildən-ilə artır. Sosial şəbəkələrin populyarlığını nəzərə alaraq, "Azerfon" buna xüsusi diqqəti ayırır və maraq göstərir ki, istifadəçilərə daha yaxın olsun. Bunu, eləcə də "Facebook" sosial şəbəkəsinin yüksək populyarlığını nəzərə alaraq, "Azerfon-Vodafone" bu şəbəkədə "Fan page" yaradıb. Orada xidmətlər, tariflər və şirkətin məhsulları haqqında informasiya təqdim edilib. İstifadəçilərimiz bu resurs vasitəsilə bizimlə əlaqə qura, suallar verə, yeniliklər haqqında məlumatlları əldə edə bilərlər", - Fərzəliyev qeyd edib.

Hazırda "Facebook" sosial şəbəkəsi tərəfindən "Zero Facebook" beynəlxalq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində dünyanın ən böyük operatorları öz abunəçilərini sosial şəbəkənin mobil versiyasına pulsuz girişlə təmin edirlər - "0.facebook.com". Əlavə ödənişsiz mobil telefon və smartfon sahibləri sosial şəbəkənin yalnız (ünsiyyət, statusların yenilənməsi, əlaqələrin siyahısının redaktə edilməsi, göndərilmə və şəxsi xəbərlərin qəbulu) baza funksiyalarından istifadə edə bilərlər. "Facebook"un mətndənkənar funksiyaları istisnadır (şəkillərin və ya videoçarxların baxışı). Onlara giriş operatorların tarif planlarına əsasən ödənilir. "0.facebook.com" mobil portalı mayın ortalarında işə salınıb və bu gün 47 ölkədə 50-dən çox mobil rabitə operatorunun şəbəkəsində istifadəsi mümkündür.

Fərzəliyev mobil telefonlar vasitəsil "Facebook" sosial şəbəkəsindən istifadənin üstünlükləri haqqında deyib ki, şirkət bütün abunəçilərin sosial şəbəkənin bütün üstünlüklərindən hər hansı məhdudiyyət olmadan istifadə etmək imkanına baxmağa hazırdır.

"Azerfon" kommersiya strukturu olaraq, burada maraqlıdır və sosial şəbəkənin mobil istifadəçilərinin ehtiyaclarını tədqiq etməyə hazırdır. Sözsüz ki, bu halda sosial şəbəkənin mobil istifadəçilərinin sayı da nəzərə alınmalıdır", - Fərzəliyev vurğulayıb.

"Internet World Stats" internet istifadəsi üzrə beynəlxalq statistikasının hesabatına əsasən, Azərbaycanda "Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı avqustun 31-nə 198 340 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti