Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir H.Vəliyev/
Mərkəz Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) internet şəbəkəsindən istifadə üçün provayder xidmətlərinin cəlb edilməsinə və Sumqayıt Ehtiyat Mərkəzinin fasiləsiz enerji mənbələri (UPS) ilə təmin edilməsinə təkliflər sorğusunu elan edib. Trend-in məlumatına görə, bu barədə Alış Komissiyasının məlumatında deyilir.
Sorğulardan birində iştirakın qiyməti 50 manat təşkil edir. İştirakçıların təklifləri aprelin 18-i saat 18:00-dək qəbul edilir.
Təkliflərin açılması aprelin 19-da saat 15:00-da AİF-in inzibati binasında keçiriləcək.
Əlavə məlumatı 441-24-23 (daxili 133) telefon nömrəsi ilə əldə etmək olar. Əlaqələndirici şəxs: Mətin Hacıyev.