...

"Azerfon-Vodafone" abunəçilərinin diqqətinə!

Telekommunikasiya Materials 17 May 2011 20:44 (UTC +04:00)
Mayın 18-dən etibarən "Azerfon-Vodafone" müştəri xidmətləri - 1188 ilə danışıqlar hər zəngə görə beş qəpik tarifi ilə hesablanacaq.
"Azerfon-Vodafone" abunəçilərinin diqqətinə!

Azərbaycan, Bakı, 17 may /Trend/

Mayın 18-dən etibarən "Azerfon-Vodafone" müştəri xidmətləri - 1188 ilə danışıqlar hər zəngə görə beş qəpik tarifi ilə hesablanacaq. Bu tarif öncədən ödəyən müştərilərə aid edilir. Fakturalı abunəçilər isə müştəri xidmətləri ilə danışıqların ilk 5 dəqiqəsini pulsuz, növbəti dəqiqədən sonra isə zəng üçün 5 qəpik ödəyəcəklər.

Məlumat üçün bildirilir ki, "Azerfon-Vodafone" abunəçiləri sual və sorğularını yalnız müştəri xidmətlərinə zəng etməklə deyil, həmçinin pulsuz xidmət olan pulsuz İnteraktiv Səsli Bələdçi (İVR), qısa kod sorğuları (USSD) və www.azerfon-vodafone.az saytı vasitəsilə də cavablandıra və ya xidmətlərdə dəyişikliklər edə bilərlər.

Xəbər lenti

Xəbər lenti