...

Azərbaycanda lisenziyalaşdırılmış proqram təminatının qiyməti ABŞ-ın bazar qiymətindən xeyli aşağı olmalıdır - bazar iştirakçısı

Telekommunikasiya Materials 29 İyun 2011 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın softver bazarında lisenziyalaşdırılmış proqram məhsullarının qiyməti onların ABŞ bazarında satıldığı qiymətdən təxminən 40 faiz aşağı olmalıdır. Bu barədə Trend-ə İnformasiya Problemləri üzrə Tədqiqat Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.

Lisenziyalaşdırma problemi və saxta məhsulla mübarizə Hacıyevin fikrincə, kifayət qədər mürəkkəb mövzudur və Azərbaycan iqtisadiyyatının artımını nəzərə alaraq, ölkə tədricən saxta məhsulların istifadəsinin qarşısını almaq məqsədilə müəyyən inzibati tədbirlərin görülməsi haqqında danışmağın mükün olduğu həddə yaxınlaşır.

"Güman edirəm ki, biz bu həddə hələ ki çatmamışıq. Bu mərhələdə lisenziyalaşdırılmış məhsullardan istifadə üçün təşviqetmə tədbirlərinin görülməsinə ehtiyac duyulur. Lakin eyni zamanda, bu tədbirlər saxta məhsuldan istifadə edən insanlara qarşı cəzalandırıcı olmamalıdır", - Hacıyev bildirib.

Qonşu ölkələrin (Rusiya və Gürcüstan) təcrübəsini nümunə gətirən Hacıyev qeyd edib ki, Mocrosoft-un maraqlarını təmsil edən şirkətlər bəzən softver nəhənginin hüquqlarına ABŞ-dakına nisbətən daha kəskin yanaşırlar.

Microsoft və digər şirkətlər ABŞ-da daha yumşaq və incə siyasət aparırlar. Onlar ali məktəblərə güzəştli əsasda və günün müəyyən müddəti ərzində lisenziyalaşdırılmış proqram məhsullarının distribüterlərinin müəyyən yükləmələrinə imkan verirlər.

"Yəni faktiki olaraq onlar məhsulların lisenziyalaşdırılmış versiyalarını aşağı qiymətlərlə almağa imkan verirlər. Təəssüf ki, bizdə belə proqramlar tətbiq edilmir. Buna görə yaxşı olardı ki, vendorlar proqram təminatının lisenziyalaşdırılmış versiyalarından istifadə üçün müəyyən güzəştlər etsinlər", - Hacıyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti