...

Azərbaycan "Europe Persia Express Gateway" layihəsinə qoşulub

Telekommunikasiya Materials 14 İyul 2011 17:01 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın optik-lif kabel magistralı seqmenti "Europe Persia Express Gateway" (EPEG) layihəsinə qoşulub. Bu barədə cümə axşamı Trend-ə "DeltaTelecom" şirkətinin baş direktoru Ramazan Vəliyev deyib.

EPEG layihəsi martın əvvəllərində imzalanan Asiya ilə Avropa arasında trafik tranziti üzrə konsorsiumun yaradılması haqqında dördtərəfli saziş əsasında həyata keçirilir. EPEG kabel magistralının yaradılması üzrə konsorsiuma İranın TIC (Telecommunication Infrastructure Company), Omanın "Omantel", Rusiyanın "Rostelekom" şirkətləri və C&W beynəlxalq şirkəti (Cable&Wireless) daxildir.

Vəliyevin sözlərinə görə, DeltaTelecom-un infrastrukturlarının qoşulmasına dair sənəd layihəyə cəlb edilən bütün tərəflərin iştirakı ilə iyunda Tehranda imzalanıb.

"Bu layihə çərçivəsində iki görüş Moskvada və Tehranda keçirilib, üçüncü görüşün isə yaxın vaxtlarda Bakıda keçiriləcəyi gözlənilir. Yaxın vaxtlarda tərəflər layihənin texniki detallarının müzakirəsini davam etdirəcəklər", - Vəliyev bildirib.

EPEG kabel marşrutu başlanğıcını Omandan götürür və Frankfurtadək çəkiləcək. Gözlənildiyinə görə, kabel operatorları EPEG-in yaradılmasında iştirak etməyən 3 ölkənin ərazisindən də keçməlidir. Söhbət Azərbaycan, Polşa və Ukraynadan gedir.
Bu marşrutlar 3 dövlətdən hər birində icarəyə götürülən qurğularda təşkil ediləcək.

Avropanı Ukrayna ilə Rusiya sərhədinədək birləşdirən kabelin çəkilməsi ilə C&W şirkəti, magistral xəttin Rusiya-Ukrayna sərhədindən Azərbaycanadək və Azərbaycandan İranadək tikilməsi ilə "Rostelekom" məşğul olacaq. İrandan Fars körfəzinədək olan xəttə görə TIC şirkəti, xəttin Omanadək çatdırılmasına görə "Omantel" məsul olacaq.

EPEG kabel magistralının buraxılış qabiliyyəti 3,2 Tbit/s təşkil edəcək. Onun uzunluğu isə 6 min kilometrə çatacaq. Layihənin ilkin dəyəri təxminən 200 milyon dollar məbləğində qiymətləndirilir. Kabel magistralının 2012-ci ilin mayında işə salınması gözlənilir.

Xəbər lenti

Xəbər lenti