...

Azərbaycanın İT şirkəti Bakının 3D modelini hazırlayır

Telekommunikasiya Materials 28 Noyabr 2011 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT şirkəti "İDRAK Technology Transfer" Bakı şəhərinin üçölçülü (3D) modelinin hazırlanması üzrə iş aparır. Bu barədə bazar ertəsi Trend-ə şirkətin vitse-prezidenti Ayaz Cəfərov məlumat verib.

Cəfərovun sözlərinə görə, hazırda artıq paytaxtın bir neçə obyektlərinin və ərazilərinin 3D modelləri hazırlanıb.

Bakının üçölçülü virtual modelini yaratmaq üçün dövlət dəstəyi lazımdır. Belə ki, şirkət bu miqyasda layihəni özbaşına həyata keçirmək iqtidarında deyil.

Təkcə paytaxtın üçölçülü virtual modelinin yaradılması üçün illər lazımdır. Onun həyata keçirilməsi üçün zəruri şəraitin yaradılması, insan resurslarının, mütəxəssislərin cəlb edilməsi, avadanlıqların alınması və s. lazımdır.

"Hazırda bu istiqamətdə müəyyən işlər aparılır. Biz təxminən Heydər Əliyev adına saray, Bülbülün Ev muzeyi, Bakıda Dənizkənarı Milli Parkın müəyyən hissələri və Gəncədə Şah Abbas məscidi ərazilərinin üçölçülü modelini hazırlamışıq. Bu iş çox zəhmət, resurslar və vaxt tələb edir. Biz layihəni dövlət təşkilatlarının diqqətinə çatdırmaq niyyətindəyik. Məsələn, layihə FHN, DİN, Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri kimi qurumlara maraqlı ola bilər", - Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti