...

Azərbaycanda kənd şöbələrində poçt göndərişlərinin izlənilməsi sistemi işə salınır

Telekommunikasiya Materials 5 Yanvar 2012 16:49 (UTC +04:00)
"Azərpoçt" MMC kənd poçt şöbələrində poçt göndərişlərinin izlənilməsi sisteminin tətbiq edilməsi üzrə işlər aparır.
Azərbaycanda kənd şöbələrində poçt göndərişlərinin izlənilməsi sistemi işə salınır

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC kənd poçt şöbələrində poçt göndərişlərinin izlənilməsi sisteminin tətbiq edilməsi üzrə işlər aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, hazırda xidmətdən istifadə operatorun bütün mərkəzi rayon poçt şöbələrində mümkündür.

Poçt göndərişlərinin hərəkətinin izlənilməsi sistemi poçt göndərişlərinə nadir poçt identifikatorunun (13 simvoldan - 4 hərf və 9 rəqəmdən ibarət ştrixkod, məsələn, RR000123698AZ) verilməsini nəzərdə tutur. İdentifikator poçt şöbələrində göndəriş sahibinə verilir. Bu, göndərişin hər mərhələsində poçt identifikatorun məlumatını vahid məlumat bazasına daxil etməyə və onlayn-rejimdə internet vasitəsilə poçt göndərişinin son təyinat məntəqəsinə keçidini izləməyə imkan verir.

Sistem artıq "Azərpoçt"un rəsmi saytında tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti