...

CATEL mobil rabitə operatoru işini bərpa etməyə hazırlaşır

Telekommunikasiya Materials 31 Yanvar 2012 16:20 (UTC +04:00)
Mobil rabitə operatoru CATEL şirkəti fevralda fəaliyyətini bərpa edəcəyinə ümid edir.
CATEL mobil rabitə operatoru işini bərpa etməyə hazırlaşır

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir H.Vəliyev/

Mobil rabitə operatoru CATEL şirkəti fevralda fəaliyyətini bərpa edəcəyinə ümid edir. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən məlumat verilib.

Məlumata görə, bu məsələ ilə bağlı bütün texniki problemlər artıq həll olunub.

Şirkət əvvəl "Azerfon" mobil rabitə operatoru, "Aztelekom" və "Baktelekom" dövlət operatorları ilə CATEL şəbəkəsinin işinin hansı şirkətin tərkibində tam bərpa olunması üzrə danışıqlar aparıb. Danışıqların yekunları hələlik məlum deyil.

CATEL şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin ("417", "418" və "415" indeksli telefon nömrələri, eləcə də "040" zona kodu ilə başlayan "Fonex" mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb.

Bu gün CATEL operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.

Xəbər lenti

Xəbər lenti