Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir H.Vəliyev /
Bakıda biznes mühitində mobil həllərin tətbiqi məsələsinə baxılır. Bu barədə tədbirin təşkilatçısı Mobiz.az-ın yaydığı məlumatda deyilir.
Aprelin 6-da keçiriləcək "Azərbaycanda mobil biznesin imkanları" mövzusunda tədbir respublikada mobil texnologiyalara keçid prosesinin sürətləndirilməsi məsələlərinə həsr olunacaq", - məlumatda deyilir.
Azərbaycan, Türkiyə və Gürcüstan bazarının oyunçuları bazarda rəqabətin güclənməsində mühüm rol oynayan mobil texnologiyalar və istehsallarla bağlı məsələləri müzakirə edəcəklər.
Konfransın başlıca məqsədi Azərbaycanda və dünyadakı bu bazar haqqında daha ətraflı məlumat verilməsi, səmərəli istifadə metodlarının aşkara çıxarılması, perspektivləri və imkanlarıdır.