...

"Bakcell" dj Markus Şultsu Bakıya gətirir

Telekommunikasiya Materials 6 İyul 2012 13:03 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
"Bakcell" dj Markus Şultsu Bakıya gətirir

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, "Bakcell" "Dreamexe Production" ilə birlikdə daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənclər üçün yayın ən qızmar vaxtında dünyanın ən çox sevilən dj-lərindən birini Bakıya gətirir.

Qala Bazar İstirahət mərkəzində təşkil olunacaq COOL DANCE - Bakı Yay Musiqi Festivalında dünya şöhrətli dj-lər, TOP 10-uğa daxil olan Markus Şults və britaniyalı Kris Leyk Azərbaycanda ilk dəfə çıxış edəcəklər. İyul ayının 7-si və 13-ü təşkil olunacaq konsertlərdə xaricilərlə yanaşı, tanınmış yerli dj-lər olan Rem, AKG, Elio Sançez və Hazi çıxış edəcəklər.

Bundan başqa, bütün qonaqları festival zamanı Cavid Quliyevdən unudulmaz vizual şou və Ukraynadan 3 metrlik led işıqlı robotlar gözləyir.

Azərbaycanda daha bir ilk olacaq bu layihə Bakcell-in baş sponsorluğu və dəstəyi ilə həyata keçiriləcək. Bütün elektron musiqisevərləri ətrafına toplayacaq COOL DANCE festivalı yay aylarının əsas hadisəsinə çevriləcək.

Tədbir haqqında ətraflı məlumatı Bakcell-in internet və Facebook səhifələrindən əldə etmək olar: www.bakcell.com; www.facebook.com/bakcell

Xəbər lenti

Xəbər lenti