...

Azərbaycanın İT-şirkəti Mərkəzi Asiyada elektron hökumət sahəsində layihəni başa çatdırıb

Telekommunikasiya Materials 8 Yanvar 2013 11:10 (UTC +04:00)
Sistem inteqratorunun funksiyalarını yerinə yetirən SINAM şirkəti sistemin texniki qurulması üzrə işlərin həvalə edildiyi struktur kimi seçilmişdi.
Azərbaycanın İT-şirkəti Mərkəzi Asiyada elektron hökumət sahəsində layihəni başa çatdırıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın SİNAM şirkəti 2012-ci ildə Dünya Bankının eyniadlı tenderinin qalibi seçildikdən sonra icrasına başladığı "Qırğızıstan hökuməti yanında Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamenti sənədlərinin elektron arxivinin yaradılması" layihəsini yekunlaşdırıb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Sistem inteqratorunun funksiyalarını yerinə yetirən SINAM şirkəti sistemin texniki qurulması üzrə işlərin həvalə edildiyi struktur kimi seçilmişdi.

Layihə Qırğızıstanın Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamenti üçün Avtomatlaşdırılmış qeydiyyat sisteminin (AQS) yaradılması çərçivəsində son mərhələdir. Layihə çərçivəsində Kadastr arxivləri üçün 420 mindən çox qeydiyyat işləri emal prosesindən keçirilib və 3,3 milyon səhifədən çox sənəd (alqı-satqı müqavilələri, bağışlama müqavilələri, qətnamələr və s.) və qeydiyyat işlərinin kadastr planları rəqəmsal formata gətirilib. Layihə çərçivəsində hər bir rəqəmsallaşdırılmış sənədə daşınmaz əmlak eyniləşdirmə (identifikasiya) kodu verilib.

Qırğızıstanın Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamentindən bildirdilər ki, layihənin məqsədi ölkədə elektron hökumət texnologiyalarının tətbiqi çərçivəsində vətəndaşların daşınmaz əmlak üzrə ərizələrinin işlənməsi prosesinin sürətləndirilməsindən ibarətdir. Layihə sorğularının işlənməsi və vətəndaşların ərizələri əsasında tələb olunan arxiv sənədlərinin verilməsi müddətini dəfələrlə azaltmağa imkan verəcək. Azərbaycan İT-şirkətinin qeyd olunan layihənin reallaşdırılması prosesinə cəlb edilməsi Azərbaycanın elektron hökumət sahəsindəki müsbət təcrübəsini, o cümlədən elektron arxivlərin yaradılması prosesini tətbiq etməyə imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti