Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir H.Vəliyev/
Azərbaycan KİV-in materiallardan istifadəyə görə "Google" daxil olmaqla, internet-axtarış sistemlərindən qonorar tələb etməyə tam hüququ var. Bu barədə bazar ertəsi Trend-ə Müəllif Hüquqları Agentliyinin Hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib.
Onun sözlərinə görə, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunda müəyyən istisnalar var ki, onların qeydiyyatı olmadan digər hallarda hüquq sahibi müəllif məqalələri, əsərləri və s. görə qonorar tələb edə bilər.
"Şübhəsiz ki, "Google" məlumatı yayarkən mənbəyə istinad edir. Buna baxmayaraq, Azərbaycan KİV-in "Google"dan informasiya materiallarından istifadəyə görə ödəniş tələb etməyə hüququ var. Əgər "Google" informasiya materiallarının yayılmasına kommersiya baxımından maraq göstərirsə, hüquq sahibinin müvafiq qonorarı tələb etməyə haqqı var", - Həsənli qeyd edib.