...

Telefon nömrəsi üzrə axtarış sistemi e-hökumət portalına inteqrasiya edilib

Telekommunikasiya Materials 23 Aprel 2013 17:46 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ümumi istifadədə olan telefon nömrələri üzrə axtarış sistemi "Elektron hökumət" portalına (e-gov.az) inteqrasiya edilib.
Telefon nömrəsi üzrə axtarış sistemi e-hökumət portalına inteqrasiya edilib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ümumi istifadədə olan telefon nömrələri üzrə axtarış sistemi "Elektron hökumət" portalına (e-gov.az) inteqrasiya edilib. Trend-in məlumatına görə, bu barədə Mərkəzin yaydığı məlumatda deyilir.

Məlumata görə, yeni elektron xidmət nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növünü müəyyənləşdirməyə, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. barədə məlumat almağa imkan verir.

Bu xidmət istifadəçilərə borclarını onlayn şəkildə ödəməyə də imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti