...

Lisenziyalı proqram təminatına "HƏ" de!

Telekommunikasiya Materials 4 İyun 2013 16:12 (UTC +04:00)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və BSA | Software Alliance (www.bsa.org) saxta və qeyri-lisenziyalı proqram təminatını müəyyən etmək üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ilk təlim təşkil etmişdir.
Lisenziyalı proqram təminatına "HƏ" de!

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və BSA | Software Alliance (www.bsa.org) saxta və qeyri-lisenziyalı proqram təminatını müəyyən etmək üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ilk təlim təşkil etmişdir.

Təlim zamanı Daxili İşlər Nazirliyinin ixtisaslı əməkdaşları saxta və qeyri-lisenziyalı proqram təminatının müəyyən edilməsinin yeni üsulları ilə tanış oldular.

Dəfələrlə təlimdə paylayıcı kanaldan əldə edilən şübhəli proqram məhsullarının mənşəyinin araşdırılması məqsədi ilə sınaq alışların keçirilməsi məsələsi, kommersiya təşkilatları tərəfindən istifadə olunan qeyri-lisenziyalı proqram təminatının və saxta proqram təminatının müəyyənləşdirilməsi və bununla əlaqədar olan məhsulların idensifikasiya üsulları, eləcə də Daxili İşlər Nazirliyi və Hüquq sahibləri arasında ümumi əməkdaşlıq məsələləri müzakirə olunub.

Yaxınlarda BSA və dünyanın aparıcı biznes məktəblərindən biri olan INSEAD tərəfindən aparılan bir araşdırmaya əsasən, lisenziyalı proqram təminatı bazarın artımı pirat proqram təminatı bazarının analogi artımı ilə müqayisədə Azərbaycan Respublikasının iqtisadiyyatına daha böyük təsir edəcek. Lisenziyalı proqram təminatı bazarının 1%-ədək artımı milli istehsalat həcminin 38 milyon ABŞ dolları məbləğində artımına gətiridiyi halda, pirat proqram təminatının həcminin analoji artımı isə yalnız 19 milyon ABŞ dolları məbləğində artması ilə nəticələnir.. Beləliklə, lisenziyalı proqram təminatı bazarının 1%-lı inkişafı əlavə 19 milyon ABŞ dolları həcmində iqtisadi fayda gətirə bilər.

Bundan əlavə, Azərbaycan Respublikasında lisenziyalı proqram təminatı sahəsinə qoyulan hər bir dollar 380 ABŞ dolları məbləğində ÜDM investisiyasına qaytarılma (ROI) təmin edir. Müqayisə üçün, pirat məhsullarının investisiya qaytarılması hər əlavə dollar üçün 28 ABŞ dollarıdır.

BSA-nın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanovun sözlərinə görə, Lisenziyalı proqram təminatının istifadəsi qeyri-lisenziyalı proqram təminatının istifadəsi zamanı yarana biləcək hüquqi təhdid və riskləri azaldır və məhsuldarlığı artırır, bu da müəssisələrin praktiki nəticə əldə etməsinə zəmin yaradır. Bu təhqiqat onu təsdiq ki, lisenziyalı proqram təminatı nəinki istifadəçilər üçün faydalıdır, o həmçinin, milli iqtisadiyyatın inkişafında da mühüm rol oynayır. Azərbaycanda dovlət, xüsusilə də hüquq mühafizə orqanları və sənaye qurumları hər bir mövcud imkanlardan istifadə edərək bütün potensial faydaları əldə edə bilərlər.

Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanununa və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, ölkədə hüquq sahiblərin öz hüquqlarının səmərəli müdafiəsi üçün hüquqi tədbirlır mövcuddur. Müəlliflik hüquqlarının pozuntusuna görə sanksiyalar müxtəlifdir: gəlirlərin, materiallarin və avadanlıqların müsadirəsindən tutmuş 55,000 manat məbləğinədək cərimə nəzərdə tutulur. Müəlliflik hüquqlarının qorumnasına dair qanunvericiliklə qorunan proqram təminatının qanunsuz istifadəsinə görə cərimə və 240 saat ictimai işlə cəzalandırılma nəzərdə tutulmuşdur ki belə qanunpozuntusu hətta üç ilədək həbs cəzası ilə də nəticələnə bilər.

BSA-nın Daxili İşlər Nazirliyinin əməkdaşları üçün təşkil etdiyi təlimində iştiraki ölkədə proqram təminatının müəllif hüquqlarının qorunmasının səviyyəsinin artırılmasını nəzərdə tutur. BSA kompüter piratçılığının müəyyən edilməsində və müvafiq sanksiyaların tətbiqində Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarını dəstəkləməkdə və onlara yardım göstərməkdə davam edəcək.

BSA haqda| The Software Alliance

BSA | The Software Alliance - proqram təminatı istehsalçılarının Assosiasiyası olaraq, ölkənin hökumət təşkilatları və beynəlxalq bazar qarşısında dünya proqram təminatı sənayesinin baş mühafizəçisidir. O, dünya səviyyəli şirkətlərin birliyini əks etdirərək, hər il müasir həyatı zənginləşdirən və dünya iqtisadiyyatına dəstək verən proqram həllərinin yaradılmasına milyardlarla dollar sərmayə yatırır. BSA dünyanın piratçılığa qarşı aparıcı təşkilatıdır və ictimai siyasətin formalaşmasında nüfuzlu lider qismində çıxış edərək, iqtisadi artım və texnologiyada innovasiyalara yol açır.

BSA brendi haqqında məlumat almaq və çap gorüntüsü ilə taniş olmaq üçün buraya basın.

https://twitter.com/BSAnews

INSEAD eLab haqqında

Dünyada aparici və böyük magistr biznes-məktəblərindən olan INSEAD insan həyatlarını dəyişmək və təşkilatlarda islahatlar aparmaq məqsədilə insanları, mədəniyyətləri və ideyaları bir araya toplayır.Qlobal iqtisadi sahədə ELAB INSEAD-ın aparıcı təcrübə mərkəzidir. INSEAD ELAB-ın əsas məqsədlərindən biri tədqiqatın inkişafı üçün bir sıra akademik cəhətdən həssas olan, özəl və dövlət sektorunun liderləri tərəfindən istifadə olunan qlobal ehtiyatlara əsaslanaraq elmi dairələr, biznes liderləri və siyasətçilər arasında əlaqələri gücləndirilməkdir. INSEAD ELAB haqqında məlumatı,o cümlədən digər elmi tədqiqat hesabatlarını insead.edu / elab ünvanda əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti