...

Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsi Rabitə Nazirliyini qane etmir

Telekommunikasiya Materials 4 Fevral 2014 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərin informasiya təhlükəsizliyi səviyyəsinin, eləcə də müəssisələrin zərərverici proqramlara qarşı davamlılığının qiymətləndirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə mərkəzin rəhbəri Faiq Fərmanov bildirib.

Onun sözlərinə görə, təhlil əsasında əldə olunan ilkin göstəricilər qaneedici deyil ki, bu da həmin problemin aradan qaldırılması üçün xüsusi yanaşma tələb edir.

F.Fərmanov qeyd edib ki, əsas problem istifadəçilərin şəbəkədə zərərverici proqramların yayılması haqqında məlumatlılığının aşağı səviyyədə olması və onlarda zəruri mübarizə alətlərinin (antivirus proqramların) yoxluğudur: "Mərkəzin yaradılmasında əsas məqsəd təhdidlərlə mübarizə sahəsində ictimaiyyətin bilik və bacarıq səviyyəsinin artırılmasından ibarətdir. Bunun üçün "1654 Qaynar xətt" yaradılıb və cert.az saytı işə düşüb. Mərkəzin perspektiv planlarına təhdidlər və virus aktivliyi barədə aylıq icmalların nəşri də daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti