...

"Microsoft" korporasiyası yeni "OneDrive" servisini istifadəyə verib

Telekommunikasiya Materials 21 Fevral 2014 14:02 (UTC +04:00)
"Microsoft" korporasiyası dünya üzrə yeni "OneDrive" pulsuz bulud servisini istifadəyə verib ki, bu servis istifadəçilər üçün vacib məlumatların saxlanılmasını təmin edir.
"Microsoft" korporasiyası yeni "OneDrive" servisini istifadəyə verib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

"Microsoft" korporasiyası dünya üzrə yeni "OneDrive" pulsuz bulud servisini istifadəyə verib ki, bu servis istifadəçilər üçün vacib məlumatların saxlanılmasını təmin edir.

"Microsoft Azerbaijan" şirkətindən cümə günü Trend-ə verilən məlumata görə, bundan öncə "SkyDrive" kimi tanınan "OneDrive" sistemi istifadəçilərə vacib foto, video və digər sənədlərin istənilən qurğularda saxlanması üçün vahid məkan təqdim edir. Bu servis "Windows Phone", "iOS", "Android" və "Xbox" üçün yeni əlavələr və videoların paylaşması kimi təkmilləşdirilmiş xidmətlər təklif edir. "OneDrive"ın istifadəyə verilməsini qeyd edərək, "Microsoft" korporasiyası sözügedən servisin işə salınmasından sonra öz akkauntlarından istifadə edən ilk 100 000 nəfərə məlumatların 1 il saxlanılması üçün həcmi 100 Qbayt təşkil edən əlavə məkan təqdim edir.

İstifadəçilər kampaniyanın nə vaxt başlayacağını https://twitter.com/OneDrive səhifəsində izləyə bilər.

Online-tədqiqata əsasən, bulud servislərindən istifadə edənlərin 77%-i şəxsi məlumatları digər qurğularla sinxronlaşdırılmamış qurğularda saxlayır və istifadəçilərin 69%-i məlumatların itgisinə bu məlumatların saxlanılan qurğunun itməsinə üstünlük verir. "OneDrive"la sözügedən seçimi etmək lazım deyil, belə ki, bu servis məlumatların saxlanılması üçün həcmi 7 Qbayt təşkil edən məkan təklif edir. Nəticədə istifadəçilər üçün öz məlumatları istənilən zaman əlçatan olur.

"Kimsə öz telefonunu, planşetini və ya digər bir qurğunu götürərkən, sevdiyi şəkillərin və sənədlərin arxasınca düşmək istəmir, əksinə, istəyir ki, bütün bunlar əlinin altında olsun. Bu, bizim "OneDrive"la birgə tutduğumuz istiqamətdir. Biz sözügedən xidməti "Microsoft"un bütün sonuncu qurğularına quraşdırmışıq - "Xbox"dan "Windows Phone"a və "Windows 8.1"dən "Office"dək - biz, həmçinin, bu xidməti şəbəkədə və "iOS" və "Android" mobil platforma istifadəçiləri üçün də əlçatan etmişik. Nəticədə siz öz şəkillərinizə, videolarınıza və digər sənədlərə istənilən vaxt çıxış imkanı əldə edirsiniz", - deyə "Microsoft" korporasiyasının ƏS-xidmətləri üzrə vitse-prezidenti Kris Cons bildirib.

"OneDrive"ın yeni imkanları sırasına "Android" platforması üçün şəkil və videoların avtomatik ehtiyat kopiyalanması daxildir. Bu servis vasitəsilə videonu saxlamaq, baxmaq və paylaşmaq fotoşəkillərlə aparılan analoji hərəkətlərtək asandır.

Bundan başqa, "OneDrive" xidmətindən biznes dairələri də yararlana bilər. Belə ki, şirkətlərdə çalışan işçilər eyni zamanda müxtəlif qurğularda sənədləri saxlaya və sinxronizə edib, eyni vaxtda işləyə bilərlər.

Qeyd edək ki, "OneDrive" istifadəçiləri onlara pulsuz həvalə olunan 7 Qbaytdan əlavə 50, 100 vı 200 Qbayt həcmində məkan əldə edə bilərlər. "SkyDrive"ın hazırkı istifadəçiləri akkauntlarından "OneDrive"a daxil olmaq üçün istifadə edə bilərlər. Bundan başqa, hazırkı istifadəçilər dostlarını "OneDrive"a dəvət etdikdə hər bir dəvət olunmuş dosta görə 5 Mbaytadək məkan əldə edəcək (ardıcıl olaraq 500 Mbayt). İstifadəçilər, həmçinin, kameralarda fotoşəkillərin avtomatik ehtiyat kopiyalanması funksiyasından yararlanaraq əlavə 3 Qbayt məkan əldə edəcək. "OneDrive" haqqında daha ətraflı məlumatı http://www.onedrive.com saytından əldə etmək olar.
"Microsoft" haqqında:

1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti