...

Bakıda "DigiGirlz" konfransı keçirilib (FOTO)

Telekommunikasiya Materials 23 May 2014 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakıda "Microsoft Azerbaijan" şirkətinin və ADA Universitetinin təşkilatçılığı ilə ilk dəfə olaraq qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş "DigiGirlz" konfransı keçirilib.

"Microsoft" bütün dünyada bu təşəbbüslə çıxış edir və bu il ilk dəfə olaraq bu konfrans Azərbaycanda keçirilib ki, tədbirə 100-dən artıq iştirakçı qatılıb.

"Microsoft" Korporasiyası dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir. "DigiGirlz" konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar iştirak ediblər. Bu konfrans gənc qadınlara sürətlə inkişaf edən texnologiya sahəsində işlərinə və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanını yaradıb.

"DigiGirlz" konfransı perspektivli tələbələrə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyə qədər mövcud istedadının açılmasına mane olan gender stereotipləri qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb.

Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş uğurlu qadınlarla ünsiyyət qurmaq imkanı əldə ediblər və bu sahədə fəaliyyət göstərməyin onlara nə verə biləcəyi ilə tanış olublar.

Konfransda "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi (Vicky Rentzepi), "Red Communications" agentliyinin baş direktoru Tatyana Mikayılova, ADA Universitetinin müəllimi Şəmsiyyə Mustafayeva, "Microsoft Azerbaijan" şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi, İKT şirkətlərinin nümayəndələri və texnologiya sahəsində uğurlu karyera qurmuş digər qadınlar iştirak ediblər.

Qeyd edək ki, "DigiGirlz" gənc qadınlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran "Microsoft" Korporasiyasının proqramıdır. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlanmaq məqsədini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti