...

"Microsoft" Korporasiyası "OneDrive" servisini yeniləyib

Telekommunikasiya Materials 25 İyun 2014 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"Microsoft" Korporasiyası "OneDrive" servisinin yenilənməsini elan edib ki, yenilənmə çərçivəsində istifadəçilərə təqdim olunan pulsuz servisin həcmi genişləndiriləcək, pullu servisin qiyməti aşağı salınacaq, "Office 365"in abunəçiləri isə əlavə imkanlar əldə edəcək.
İndi "OneDrive"da pulsuz olaraq əvvəlki kimi 7 Qb deyil, 15 Qb-dək məlumatı saxlamaq mümkün olacaq.

"Office 365" abunəçiləri üçün "OneDrive" servisindəki saxlanma yeri 1 Tb-dək artırılacaq.
Onun istifadə qiyməti aşağıdakı kimi olacaq:
o Şəxsi "Office 365" üçün ayda 6,99 dollar
o Ev üçün "Office 365" - ayda 9,99 dollar (5 istifadəçiyədək, saxlanma yerinin ümumi həcmi 5 Tb)
o Tələbələr üçün "Office 365" - 4 il üçün 79,99 dollar
Pullu saxlanma yerinin qiyməti bütün dünyada azalacaq və aşağıdakı kimi təşkil edəcək:
o 100 Qb üçün ayda 1,99 dollar.

Sözügedən servisdən yararlanmaq üçün dostlarını dəvət edən "OneDrive" istifadəçiləri əvvəlki kimi 55 Qb-dək pulsuz saxlanma yeri əldə edəcək (hər dəvətə görə 500 Mb). Bundan başqa, istənilən qurğuda fotoşəkilin buluda yüklənməsinin avtomatik aktivləndirmə funksiyasından sonra "OneDrive" əlavə 3 Qb təqdim edir.

Xatırladaq ki, "OneDrive" internet-hostinq sənədlər, fotoşəkillər, videolar və digər faylları buludda saxlamaq və istənilən qurğuda onları açmaq imkanını yaradır. Bütün son yeniliklərdən yaxın həftələr ərzində istifadə etmək mümkün olacaq.

1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti