...

Azərbaycan elektron tullantıların utilizasiyasına hazırlaşır

Telekommunikasiya Materials 8 Oktyabr 2014 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) elektron tullantıların utilizasiyası məsələsi üzrə təkliflər hazırlayırlar. Bunu çərşənbə günü Trend-ə İTİ-dən deyiblər.

Utilizasiya məsələsi AMEA-nın müzakirəsinə çıxarılacaq, gələcəkdə isə bu təşəbbüsün hökumətə təqdim olunacağı istisna olunmur.

İTİ-dən deyiblər ki, dekabrın əvvəlində keçiriləcək elektron hökumət üzrə konfransda məişət elektron tullantıları mövzusuna toxunulacaq.

Qeyd edək ki, İTİ-dən daha əvvəl bildirmişdilər ki, AMEA yüksək texnologiyalı tullantıların utilizasiya problemini həll etmək üçün çərçivə konsepsiyasını hazırlamağı planlaşdırır.

Elektron tullantılar insan sağlamlığı və ətraf mühit üçün zərərli olan materiallardan ibarətdir.

BMT elektron tullantılar problemini ən vacib problemlər siyahısına daxil edib. BMT-nin hesabatına əsasən, dünyada 3 ildən sonra elektron tullantıların sayı 33 faiz artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti