...

“Office 365” istifadəçiləri “OneDrive” xidmətində məhdudiyyətsiz yer əldə edəcəklər

Telekommunikasiya Materials 31 Oktyabr 2014 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

"Microsoft" Korporasiyasının "Office 365" proqram paketinin bütün istifadəçiləri "OneDrive" onlayn xidmətində fayl və sənədlərin saxlanılması üçün məhdudiyyətsiz həcmli yer əldə edəcəklər. Bu təklifdən həm korporativ, həm də "Home", "Personal" və "University" tarif paketlərinin fərdi istifadəçiləri yararlana biləcəklər.

"Office 365"in biznes istifadəçiləri məhdudiyyətsiz "OneDrive" xidmətindən artıq yaxın günlərdə, fərdi istifadəçilər isə 2015-ci ilin əvvəlindən yararlanacaq. Lazımi məlumatla "OneDrive" və "Office" bloqlarında tanış olmaq mümkündür (https://blog.onedrive.com/office-365-onedrive-unlimited-storage/).

Məhdudiyyətsiz "OneDrive" saxlama yeri sayəsində məhdud xidmət müddətli və tutumlu fiziki informasiya daşıyıcılarından imtina imkanı yaranır. İstifadəçilər istənilən vaxt və istənilən yerdən öz sənədlərini, audio, video və digər fayllarını "Microsoft OneDrive"a yükləyə bilər, həmçinin, onları geriyə lokal qovluğa yükləyə bilərlər.

Məlumatları məhdudiyyətsiz saxlama imkanından istifadə etmək istəyənlər OneDrive Preview veb-səhifədən yararlana bilərlər.

1975-ci ildə təsis edilmiş "Microsoft" Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti