...

Analoqdan rəqəmsala keçid

Telekommunikasiya Materials 7 Noyabr 2014 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rəqəmsal televiziya yayım standartına tam keçid 2015-ci ilin ikinci yarısına gözlənilir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Daha əvvəl bunun 2014-cü ilin sonunadək baş verəcəyi planlaşdırılırdı.

Onun sözlərinə görə, ölkə əhalisi rəqəmsal TV siqnalı ilə 100 faiz əhatə olunmayanadək analoq siqnal dayandırılmayacaq: "Hazırda rəqəmsal yayımla analoqla paralel həyata keçirilir. Hələ rəqəmsal TV ilə əhatə olunmayan yaşayış məntəqələri var, bunlar əsasən ucqar yaşayış məntəqələridir. Ölkə əhalisinin təqribən 3-4 faizi rəqəmsal TV yayımı ilə əhatə olunmayıb. Güman edirəm ki, ilin sonunadək əhatə tam təmin ediləcək. Ölkədə rəqəmsal TV-yə tam keçid artıq 2015-ci ilin ikinci yarısında baş tuta bilər".

Əhalinin aztəminatlı təbəqəsinə rəqəmsal dekoderlərin verilməsini şərh edən nazir bildirib ki, Azərbaycanda elə bir ailə yoxdur ki, rəqəmsal dekoder əldə etmək imkanı olmasın. Lakin bu məsələ rəqəmsal yayım dayandırılanadək həll olunacaq ki, bu da ölkə vətəndaşlarının hamısının dekoder əldə etməsinə imkan yaradacaq".

Bazarda belə qurğunun dəyəri 20-30 manatdır ki, bu da dekoderi hamı üçün əlçatan edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti