...

"Facebook" istifadəçilərinə xəbərdarlıq

Telekommunikasiya Materials 16 Dekabr 2014 18:02 (UTC +04:00)
Mərkəz "Facebook" sosial şəbəkəsinin istifadəçilərinə "OMG", "Private video" və digər adların olduğu məlumatlarda linkləri açmamağı tövsiyə edir.
"Facebook" istifadəçilərinə xəbərdarlıq

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Facebook" sosial şəbəkəsinin istifadəçilərini potensial təhlükə barədə xəbərdar edir və akkauntların oğurlanmasının qarşısını almaq üçün cinayətkarlardan qorunma metodlarını tətbiq etməyi tövsiyə edir. Bunu Trend-ə ETM-dən deyiblər.

Mərkəz "Facebook" sosial şəbəkəsinin istifadəçilərinə "OMG", "Private video" və digər adların olduğu məlumatlarda linkləri açmamağı tövsiyə edir.

Zərərli proqram sosial şəbəkədə dostlara məlumat adı altında yayılır. İstifadəçi məlumata daxil olarkən videoçarxın olduğu səhifəyə yönəldilir. Ona baxmaq üçün kənar proqram yükləmək təklif olunur.

İstifadəçi istinadı açmaqla dostları arasında zərərli kod göndərişinin mənbəyinə çevrilir. İstinaddan istifadə etmiş istifadəçilərə "Facebook-akkaunt"a çıxış parolunu dəyişmək tövsiyə olunur. Mərkəz Facebook-dan düzgün və təhlükəsiz istifadə üzrə kitabçadan yararlanmağı tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti