...

Bakıda "Microsoft"un bulud xidmətlərinin satışının əsasları" mövzusunda treninq keçirilib

Telekommunikasiya Materials 3 Mart 2015 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend/

"Microsoft Azerbaijan" şirkətinin təşkilatçılığı ilə Bakıda IT mütəxəssislər üçün ""Microsoft"un bulud xidmətlərinin satışının əsasları" mövzusunda treninq keçirilib.

30 IT mütəxəssisin iştirakı ilə baş tutmuş treninq Rusiyadan xüsusi dəvət olunmuş "Microsoft"un tədris proqramları üzrə təlimçisi Valeri Yefremov tərəfindən keçirilib. Tədbir iştirakçılarına "Office 365" haqqında danışan V. Yefremov qeyd edib ki, bu xidmət istənilən miqyasda fəaliyyət göstərən şirkətlərdə səmərəliyin artırılması üçün bulud xidmətlərindən faydalanmağa şərait yaradır. "Office 365" xidməti pul və vaxta qənaət etməklə yanaşı dəyərli resursların qorunub saxlanması, həmçinin istənilən yerdə fərdi kompüter, planşet və ya smartfon vasitəsilə sənədlərlə işləmək imkanını yaradır.

"Qlobal iqtisadi böhran şəraitində şirkətlərin infrastruktur üzrə xərcləri bəzi hallarda əlavə yükə çevrilir və büdcəyə yenidən baxılması zərurəti yaranır. Bu baxımdan "Office 365" istənilən sifarişçi şirkətin ehtiyaclarını qarşılayacaq maksimal dərəcədə çevik bir həll yoludur. Kiçik miqyaslı bir şirkət il ərzində az miqdarda vəsait xərcləməklə şirkətə gərəkli olan proqram və xidmətlərdən yararlana bilər. İri kompaniyalar isə büdcənin yenidən təşkili ilə proqram təminatına olan xərcləri azalda bilərlər. Hazırki dövrdə dünyanın aparıcı 100 şirkətindən 41-i səmərəliliyin yüksəldilməsi məqsədilə "Microsoft"un bulud xidmətlərindən istifadə edir", - deyə V. Yefremov bildirib.

Bundan başqa, V.Yefremov qeyd edib ki, "Microsoft" Korporasiyası buludda saxlanılan məlumatların təhlükəsizliyinə zəmanət verir.

Tədbirin ikinci hissəsində "Microsoft Azure" bulud texnologiyası, burada olan 300-ə yaxın IT xidmətlər, tərəfdaşlar üçün olan yeniliklər, imkanlar və üstünlüklər haqqında məlumat verilib. "Azure Trust Center" - bulud xidmətinin təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiqləyən dəlillər, eləcə də "Azure Calculator" - təqdim edilən xidmətlərin istifadəsindən əvvəl qiyməti müəyyənləşdirməyə imkan verən alət nümayiş etdirilib. Dünya təcrübəsində "Azure"dan istifadə ssenariləri kimi "Disaster Recovery Site", "Azure Backup", "Azure Storage", "Sınaq mühiti" və s. olması haqqında nümunələr göstərilib. "Azure" tək "Microsoft"un deyil, həmçinin "Open Source" olan digər sistemləri də dəstəklədiyi bildirilib.

Qeyd edək ki, "Office 365" xidməti "Microsoft"un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını ("Exchange Online", "SharePoint Online" və "Lync Online") "Office Professional Plus" ofis əlavələri paketi vasitəsilə özündə birləşdirir. Servisə illik abunə olan istifadəçilər bütün proqram və xidmətlərin ən son versiyalarından yararlana bilərlər. Hər bir abunəçi "Office 365"dən beş qurğuda istifadə edə bilər.

"Microsoft" haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir.
Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti