...

Azərbaycanda verilən elektron rəqəmsal imzaların sayı artıb

Telekommunikasiya Materials 7 May 2015 14:19 (UTC +04:00)
2015-ci ilin aprelində Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı martla müqayisədə 3,1 faiz artaraq 31 682 ədəd təşkil edib.
Azərbaycanda verilən elektron rəqəmsal imzaların sayı artıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Hüseyn Vəliyev/

Aprel ayında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı martla müqayisədə 3,1 faiz artaraq 31 682 ədəd təşkil edib. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.

Mərkəzin məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 18 396 ədəd düşüb, 5 817 ədəd hüquqi şəxslərə, 7 469 ədəd isə vətəndaşlara verilib.

"Elektron hökumət" portalında (e-gov.az) təsdiq edilmiş elektron xidmətlərin sayı 454 ədəd təşkil edir və portalda 332 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 461 ədəd təşkil edir.

Aprel ayında "Elektron hökumət" portalına müraciətlərin sayı 335,8 mini ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti