Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
"Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) inzibati binasının təməlinin qoyulması sentyabrın ortalarında gözlənilir. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.
Nazirliyin məlumatına əsasən, tikintiyə başlamaq üçün Parkın infrastrukturunun layihələndirilməsi üzrə hazırlıq işləri həyata keçirilib və sahənin baş planı hazırlanıb.
MMC-dən Trend-ə bildiriblər ki, hazırda potensial investorlarla bir sıra mümkün istiqamətlər müəyyənləşdirilib. İstiqamətlərdən biri YTP-nin infrastrukturunun inkişafına vəsaitin cəlb edilməsi üçün investorların infrastruktur fondunun yaradılmasında iştirakını təmin etməkdir.
Qeyd edək ki, YTP Bakının Pirallahı adasında inşa ediləcək. Bunun üçün 50 hektar torpaq sahəsi ayrılıb.