Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
"Skype" servisinin texniki dəstəyi daha öncə yaranan problemi aradan qaldırıb.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün gunorta saatlarında servisdə yaranan nasazlıqlar aradan qaldırılıb.
Rusiyada, ABŞ-da, Vyetnamda, Yeni Zelandiyada, Danimarka, Hindistan və digər ölkələrdə "Skype" istifadəçiləri messencerdə şəxsi statusun dəyişilməsi, kontaktlarla əlaqə yaradılması və messencerə ümumiyyətlə daxil olması ilə bağlı problemlər yaşayıblar.