...

İltimas Məmmədov rabitə nazirinin müavini vəzifəsində qalıb

Telekommunikasiya Materials 25 Noyabr 2015 15:22 (UTC +04:00)
İltimas Məmmədov rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində qalıb.
İltimas Məmmədov rabitə nazirinin müavini vəzifəsində qalıb

Bakı. Hüseyn Vəliyev - Trend:

İltimas Məmmədov rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində qalıb.

Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.

Onun sözlərinə görə, İ.Məmmədov daha əvvəl rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsini tutub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti