...

"Bakcell" yeni internet əyləncə portalını istifadəyə verdi

Telekommunikasiya Materials 29 Fevral 2016 20:05
"Bakcell" şirkəti yeni internet əyləncə portalını istifadəyə verdiyini böyük məmnuniyyətlə elan edir.
"Bakcell" yeni internet əyləncə portalını istifadəyə verdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti yeni internet əyləncə portalını istifadəyə verdiyini böyük məmnuniyyətlə elan edir.

Bu yeni portal "Qoş və Coş" brend adı altında istifadəyə verilmiş ikinci xidmət olacaq.

İstifadəyə verilən bu yeni portalın məqsədi onlayn istifadəçiləri müxtəlif xidmətlərlə, o cümlədən qaynar təkliflər, oyunlar, musiqi, xəbərlər və məsləhətlər, EA oyunlar, M-təhsil, Bakcell futbol mərkəzi, İVR çat və bir sıra digər xidmətlərlə təchiz etməkdir.

Onlayn ziyarətçilər bu yeni internet səhifəsində hava şəraiti haqqında, horoskop, pəhrizlər, sağlamlıq, sevgi və digər mövzulara aid məlumat ala biləcəklər. Bu yeni portal istifadəçilərə lotereya kampaniyaları (Qazandıran SMS, Fantasy Football, Sevincli Anlar) kimi təqdim olunan bir çox xidmətlərdən tam yararlanmaq imkanı verəcək. İstifadəçilər bu portaldan bir kliklə yükləmələr də edə biləcəklər.

Xəbərlər haqqında bildirişlər almaq üçün istifadəçilər portalda öz telefon nömrələrini və SMS vasitəsilə aldıqları təsdiq PİN kodunu daxil edərək portala abunə yazılmalıdırlar. Hər bir xidmət üçün abunə haqları və şərtləri barədə ətraflı məlumat müvafiq təkliflərin qarşısında təqdim edilib.

Portal haqqında daha ətraflı: http://eylence.bakcell.com/a

Məqalədə:
Xəbər lenti

Xəbər lenti