Bakı. Trend:
"Nokia"nın Türkiyədəki nümayəndliyinin yeni rəhbəri Öndər Sönməz Azərbaycanda şirkətin biznesinin inkişafına görə cavabdeh olacaq. Bu barədə Trend Türkiyənin "IT-network" xəbərlər saytına istinadən məlumat verir.
Bu vəzifəyə təyinatını şərh edən Ö.Sönməz qeyd edib ki, əsas məqsədi "Nokia"nın regionda səmərəliliyinin artırılması və güclənməsi olacaq.