...

"Aztelekom" beynəlxalq stansiyasında yaranmış texniki nasazlıq aradan qaldırılıb

Telekommunikasiya Materials 17 May 2016 19:19
Bu gün günorta saatlarında “Aztelekom” MMC beynəlxalq stansiyasında yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb.
"Aztelekom" beynəlxalq stansiyasında yaranmış texniki nasazlıq aradan qaldırılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün günorta saatlarında "Aztelekom" MMC beynəlxalq stansiyasında yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kanallarda yaranmış problem bu saatlarda abunəçilər tərəfindən zəng etmə cəhdlərinin çox olması səbəbindən xətlərin yüklənməsi ilə bağlı olub.

Bu cür problemlərin gələcəkdə baş verməməsi üçün hazırda IP əsaslı multimedia platforması üzərində iki müasir beynəlxalq stansiya qurulur.

Ən son texniki imkanlara malik stansiyalar paralel işləməklə yanaşı, hər hansı problem yarandığı təqdirdə həmin stansiyalardan biri digərinin trafik yükünü tam şəkildə ödəyə biləcək.

Mövcud olan hazırkı stansiya isə üçüncü stansiya kimi fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti