...

Azərbaycanın OTT operatoru Formula 1-i birbaşa efirə qoşub

Telekommunikasiya Materials 17 İyun 2016 16:30 (UTC +04:00)
"RA Technologies" (RATV) şirkəti "Formula 1" Avropa Qran Prisinin onlayn yayımını həyata keçirən "SkySports F1" telekanalının birbaşa efirini OTT paketə daxil edib.
Azərbaycanın OTT operatoru Formula 1-i birbaşa efirə qoşub

Bakı. Hüseyn Vəliyev - Trend:

"RA Technologies" (RATV) şirkəti "Formula 1" Avropa Qran Prisinin onlayn yayımını həyata keçirən "SkySports F1" telekanalının birbaşa efirini OTT paketə daxil edib.

Bunu Trend-ə şirkətdən deyiblər.

RATV (rat.az) servisi bütün vender qurğularında (smartfonlar, planşet kompüterləri) dəstəklənən HTTP Live Streaming (HLS) standartındadır.

Rat.az layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə reallaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti