...

"Azercell" III Buktreyler Festivalına dəstək verir

Telekommunikasiya Materials 9 Aprel 2018 16:00 (UTC +04:00)
Azercell Telekom bu dəfə ölkəmizdə keçirilən III Buktreyler Festivalına dəstək verib.
"Azercell" III Buktreyler Festivalına dəstək verir

Bakı. Trend:

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom bu dəfə ölkəmizdə keçirilən III Buktreyler Festivalına dəstək verib.

"Azercell Telekom"dan Trend-ə verilən məlumata görə, şirkət Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının!” sloqanlı Buktreyler Festivalının tərəfdaşı qismində iştirak edir.

Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, maarriflənmənin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, eləcə də kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədi daşıyan festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak etmək imkanı qazanırlar.

Hazırda işlərin qəbulu başa çatıb. Mükafatlandırma mərasimi mayın əvvəllərində, "Beynəlxalq Kitab Günü” ərəfəsində baş tutacaq müsabiqədə 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir. Müsabiqəyə təqdim olunmuş booktreylerlərə ölkəmizin tanınmış yazıçıları, kinoşünasları və ictimai xadimlərinin daxil olduğu münsiflər heyəti qiymət verəcək.

Məlumat üçün bildirək ki, mütaliənin inkişafı üçün Azercell hələ 2015-ci ildə ölkəmizdə alternativi olmayan Bookmate layihəsini təqdim edib. Bookmate - minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bookmate daxilində abunəçilərə Azərbaycan, eləcə də, Rus, İngilis və Türk dillərindəki kitablar təqdim edilir. Səkkiz yüz əlli minlik kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür. Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə bilirlər. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin üstünlüklərindən biri - Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır.

Azercell Telekom bundan sonra da gənclər arasında kitab oxumaq mədəniyyətinin inkişafına yönəlik sosial layihələrin həyata keçirilməsinə dəstək olacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti