...

"Twitter"in işində nasazlıqlar yarandı

Telekommunikasiya Materials 2 Oktyabr 2019 07:23 (UTC +04:00)
Bir neçə ölkədə "Twitter" sosial şəbəkəsinin işində nasazlıqlarla yaranıb.
"Twitter"in işində nasazlıqlar yarandı

Bakı, Trend:

Bir neçə ölkədə "Twitter" sosial şəbəkəsinin işində nasazlıqlarla yaranıb.

Trend-in məlumatına görə, bu barədə "Downdetector" xidmətinin səhifəsində bildirilib.

Qeyd edək ki, Yaponiyada və ABŞ-dakı istifadəçilər daha çox problemlə üzləşənlərdən olublar. Bundan əlavə, İngiltərə, Almaniya, Fransa və digər Avropa ölkələrində də oxşar problemlər yaşanıb. Rusiyada isə sosial şəbəkədə nasazıqlar daha çox Moskvada müşahidə olunub.

Məlumata görə, əksər istifadəçilər mobil tətbiqetmələrin işindən şikayət edib, bir qisim istifadəçi isə hesablarına daxil ola bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti