...

"Twitter"in işində nasazlıqlar yaranıb

Telekommunikasiya Materials 23 Oktyabr 2020 01:37 (UTC +04:00)
"Twitter"in işində nasazlıqlar yaranıb

Bakı. Trend:

"Twitter" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Nasazlıqlar ən çox ABŞ-da, Malayziya və Braziliyada qeydə alınıb.

İstifadəçilərin 66 faizi saytın işində nasazlıqların olmasını bildirir, 21 faiz istifadəçi “iPhone” və “iPad” cihazları üçün tətbiqlərdə, 12 faiz istifadəçi isə hesaba daxil olmaqda problemlərlə qarşılaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti