...

Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq

Telekommunikasiya Materials 5 Mart 2021 12:31 (UTC +04:00)
Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

"Azərkosmos”da ”Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanın su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat edilməsi barədə müzakirələr aparıblar.

Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. "Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir. “Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 95 faizədək dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində Azərbaycanda su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti