...

"Facebook.com" domeni saytlardan birində satışa çıxarılıb

Telekommunikasiya Materials 5 Oktyabr 2021 00:40 (UTC +04:00)
"Facebook.com" domeni saytlardan birində satışa çıxarılıb

Bakı. Trend:

"Facebook"un domeni (facebook.com) "Whois" saytında satışa çıxarılıb.

Trend-in məlumatına görə, domenin satışa çıxarılmasına internet istifadəçiləri, o cümlədən "Twitter" sosial şəbəkəsinin banisi Cek Dorsi fikir veriblər.

Sözügedən saytda yerləşdirilən satış elanında satıcı kimi çıxış edən şəxs barədə məlumat verilmir.

"Facebook" şirkəti bu məsələni şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti