...

İKT sahəsində ciddi mütəxəssis qıtlığı var - Nazir müavini

Telekommunikasiya Materials 19 Dekabr 2022 11:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İKT sahəsində ciddi mütəxəssis qıtlığı var.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bəzi sahələr, o cümlədən süni intellekt, kibertəhlükəsizliklə bağlı ciddi çətinliklər var. “Bu sahələrdə mütəxəssislərin hazırlanmasına ehtiyac var. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olan bir problemdir. ABŞ kimi ölkədə də bu sahədə ciddi mütəxəssis çatışmazlığı var. Məqsədimiz bu sahədə mütəxəssislər hazırlamaq, rəqabətqabiliyyətli məhsullar yaratmaqdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti