...

Azərbaycanın əməliyyat sistemi bazarında Android platformalı qurğuların faizi açıqlanıb

Telekommunikasiya Materials 4 Mart 2023 14:46 (UTC +04:00)
Azərbaycanın əməliyyat sistemi bazarında Android platformalı qurğuların faizi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın əməliyyat sistemi bazarında Android platformalı qurğuların faizi 2023-cü ilin fevral ayında 55,92 faiz təşkil edib ki, bu da yanvar ayının göstəricisindən 0,25 faiz yüksəkdir.

Trend bu barədə Global Stats statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə Microsoft şirkətinin Windows əməliyyat sistemi dayanıb. Əməliyyat sisteminin ay ərzində Azərbaycan bazarında payı 0,71 faiz azalaraq 27,61 faizə düşüb.

Apple şirkətinin iOS əməliyyat sistemi əvvəlki kimi üçüncü yerdədir. Ay ərzində yerli bazarda payı 0,09 faiz artaraq 11,38 faizə çatıb.

MacOS X (Apple) platformalı qurğuların Azərbaycan bazarında payı 2,17 faiz təşkil edib (ay ərzində 0,27 faiz artım).

Daha sonra Azərbaycan bazarında daha az populyar əməliyyat sistemləri gəlir: Linux 1,02 faiz, digər əməliyyat sistemləri isə 1,89 faiz yer tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti