...

Dövlət qurumlarının saytlarında "boşluqlar" tapanlar mükafatlandırılacaq

Telekommunikasiya Materials 8 Aprel 2025 14:40 (UTC +04:00)
Dövlət qurumlarının saytlarında "boşluqlar" tapanlar mükafatlandırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və yerli kibertəhlükəsizlik şirkəti olan “Qarabug” MMC kibermühitdə davamlı təhlükəsizliyin təmin edilməsi və milli kibertəhlükəsizlik ekosisteminin inkişafı məqsədilə “bug bounty” mükafatlandırma proqramına start verir.

Dövlət xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə dövlət qurumlarının informasiya sistemləri üzrə “bug bounty” proqramının elan olunması ümumilikdə innovativ addım olmaqla yanaşı, sahənin canlandırılmasına, özəl-dövlət əməkdaşlığında etibarlılığın artırılmasına və GOV.AZ zonasında mövcud boşluqların aşkarlanmasına yönəlib.

Bildirilib ki, layihə həmçinin boşluqların tapılmasına görə mükafatlandırma (“bug bounty”) mədəniyyətinin Azərbaycanda formalaşdırılması baxımından da faydalı olacaq.

Proqram 15 aprel -31 iyul 2025-ci il tarixlərində həyata keçiriləcək. Bu müddət ərzində informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər *.GOV.AZ zonasında informasiya sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər.

“Bug bounty” proqramının əsas məqsədləri:

Dövlət sektoruna məxsus informasiya sistemlərində texniki zəifliklərin aşkarlanması;
Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli mütəxəssislərin və tədqiqatçıların stimullaşdırılması;
Kiberdayanıqlılığın gücləndirilməsi istiqamətində açıq əməkdaşlıq mühitinin formalaşdırılması;
Etik hakerlik mədəniyyətinin formalaşdırılması və stimullaşdırılması.

Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcəkdir. Proqramın sonunda ən çox xal toplayaraq ilk üç yeri tutan iştirakçılar pul mükafatı və sertifikatla təltif olunacaqdır.

Proqrama qatılmaq istəyən iştirakçılar www.qarabug.az saytında qeydiyyatdan keçməlidir. Qaydalar haqqında ətraflı məlumat da bu saytdan əldə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti