...

NMR-DA "ELEKTRON NAXÇIVAN – PROBLEMLƏR VƏ QƏRARLAR"

Telekommunikasiya Materials 17 İyun 2005 16:07 (UTC +04:00)

İyunun 17-də Naxçıvan Muxtar Respublikasında (NMR) "Elektron Naxçıvan- problemlər və qərarlar" mövzusunda iki günlük elmi-praktik konfrans öz işinə başlayıb. Trend agentliyinin məlumatına görə, tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi , Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU), İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan EA-nın Naxçıvan şöbəsidir.

NMR Ali Şurasının sədri Vasif Talıbovun sözlərinə görə, son illər NMR-da informasiya cəmiyyətinin yaradılması üçün ciddi addımlar atılıb. Avtomatlaşıdırılmış telefon stansiyaları quraşdırılıb, ali təhsil müəssisələrinin və orta məktəblərin komputerləşdirilməsi üçün tədbirlər görülüb, mobil rabitə stansiyası istismara verilib, respublikanın poçt şöbələrinin bazası yaradılıb və s.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziriƏli Abbasov məlumat verib ki,ötən il ölkədə iqtisadiyyatın artımı 37,8% təşkil edib. "Bu göstəricilərlə Azərbaycan Braziliya, Argentina, Çin və digər ölkələrlə bir sırada durur", - deyə nazir bəyan edib.

Xəbər lenti

Xəbər lenti