...

Əli Abbasov: "Superkompüter mərkəzi regionda iqlimin proqnozlaşdırılmasını yerinə yetirəcək"

Telekommunikasiya Materials 14 Fevral 2006 14:28 (UTC +04:00)

Yaxın vaxtlarda yaradılması nəzərdə tutulan superkompüter mərkəzi regionda iqlimin proqnozlaşdırılmasını yerinə yetirəcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Ə.Abbasovun sözlərinə görə, Azərbaycanın dövlət proqramında nəzərdə tutulan məsələlərdən biri də yaxın vaxtlarda superkompüter mərkəzinin açılması və belə kompüterlərin ölkəyə gətirilməsidir.

"Belə bir mərkəzin açılmasında əsas məqsəd kiçik kompüterlərin həyata keçirə bilmədiyi funksiyaların həmin superkompüterlər tərəfindən həyata keçirilməsini təmin etməkdir. Bu superkompüterlərin funksiyalarından biri də iqlimin proqnozlaşdırılmasıdır. Həmin kompüterlər vasitəsi ilə iqlimin proqnozlaşdırılmasını izləmək daha məqsədəuyğundur" - deyə Ə.Abbasov bildirib.

Nazirin sözlərinə görə, proqnoz sahəsində dünyada tətbiq olunan metodları Azərbaycanda da işə salmaq üçün kifayət qədər güclü hesablayıcı mühit lazımdır. Proqnozun superkompüterlə izlənməsi həm onun keyfiyyətini, həm də müəyyən qədər müddətini artıracaq.

Xəbər lenti

Xəbər lenti